Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində açıq dərs keçirilib.

Slide 1
Slide 2

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində açıq dərs keçirilib.

05 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində açıq dərs keçirilib.

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında ölkəmizin hüquqi və siyasi inkişafında Azərbaycan Respublikasının Konstitusiyasının rolundan danışıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi bazasının əsasını qoymuş və ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirmişdir.

Asəf Ruşanov, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi altında konstitusiya islahatlarının davam etdirildiyini və dövlətin suverenliyinin qorunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasətinin ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət etdiyini, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin də bunun bariz nümunəsi olduğunu qeyd edib.

Direktor çıxışında hüquqi biliklərin artırılmasının, gənc nəslin Konstitusiya və dövlətçilik prinsiplərinə dərindən yiyələnməsinin vacibliyini bildirib. O, tələbələrin dövlətçilik ənənələrinə sadiq vətəndaşlar kimi yetişməsinin önəmli olduğunu qeyd edərək bu cür maarifləndirici tədbirlərin davamlı şəkildə təşkil ediləcəyini diqqətə çatdırıb.

Açıq dərs zamanı tələbələrə Azərbaycan Respublikasının Konstitusiyasının tarixi, onun qəbul edilməsi prosesi və ölkənin suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasət haqqında ətraflı məlumat verilib. Müzakirələrdə müəllimlər və tələbələr fəal iştirak edib, suallar cavablandırılıb.

Sonda mövzuya dair videoçarx nümayiş etdirilib. Açıq dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb və Konstitusiya və suverenlik prinsiplərinin daha dərindən öyrənilməsi baxımından faydalı olub.