07 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının 101-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
07 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının 101-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxış edərək Naxçıvanın tarixi, siyasi və iqtisadi inkişaf yolu haqqında geniş məlumat verib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan tarixində mühüm yer tutur və onun muxtariyyət statusu Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasında və möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.
Asəf Ruşanov çıxışında vurğulayıb:
"Naxçıvan Muxtar Respublikası təkcə coğrafi baxımdan deyil, həm də tarixi və mədəni baxımdan ölkəmizin ayrılmaz tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın inkişafı üçün mühüm addımlar atılmış, bu diyarın sosial-iqtisadi həyatında dönüş nöqtəsi yaranmışdır. Bu gün də Naxçıvanın inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir və bu uğurlar hər birimizin qürur mənbəyidir."
Daha sonra kollecin tarix müəllimi çıxış edərək Naxçıvanın qədim tarixindən, muxtariyyətin əldə olunma prosesindən və bu dövr ərzində qarşılaşılan çətinliklərdən danışıb. O, Naxçıvanın tarixi torpaqlarımızın qorunmasında və milli-mədəni irsimizin yaşadılmasında oynadığı rolu xüsusi vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu əks etdirən videomaterial izləyiblər. Tədbir gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və tariximizin dərk edilməsi baxımından böyük əhəmiyyət daşıyıb.