Doğum gününüz mübarək
Hörmətli Elbrus müəllim!
Sizi Naxçıvan Dövlət Texniki Kollecinin pedoqoji kollektivi və şəxsən öz adımdan 07 oktyabr doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin təhsil sahəsində göstərdiyiniz böyük xidmətlər, rəhbərliyiniz altında Naxçıvan Dövlət Universitetinin inkişafı və tərəqqisi üçün etdiyiniz əzmkarlıq hər birimiz üçün örnəkdir.
Rektorluq fəaliyyətiniz dövründə Naxçıvan Dövlət Universitetinə gətirdiyiniz bütün yeniliklərə Azərbaycanımızın günəşli sabahı üçün yetişdiriyiniz mükəmməl gəncliyə görə minnətdarlıq edirik.
Bundan sonrakı elmi, pedoqoji və rektorluq fəaliyyətinizdə uğurlarınızın və nailiyyətlərinizin davamlı xarakter almasını arzulayırıq.
Hörmətli rektor !
Sizə şəxsi həyətınızda mənalı uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayırıq.