Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025-ci il, yanvarın 6-dan etibarən payız imtahan sessiyası çərçivəsində kredit sistemi ilə təhsil alan tələbələr üçün imtahanlar keçirilir.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025-ci il, yanvarın 6-dan etibarən payız imtahan sessiyası çərçivəsində kredit sistemi ilə təhsil alan tələbələr üçün imtahanlar keçirilir. İmtahanlar yazılı formada və iki növbəli şəkildə təşkil olunur. Sessiyanın uğurla davam etməsi üçün bütün zəruri tədbirlər görülüb. Kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr məsuliyyətlə yanaşaraq imtahanların yüksək səviyyədə təşkilinə nail olurlar. İmtahanların operativ nəzarəti və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə kollecdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb.
İmtahan müddətində hər bir tələbəmizə uğurlar arzulayıram