Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7
Slide 8

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru, hörmətli Asəf Ruşanov, iştirakçıları bayramlar münasibətilə təbrik edib və Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib.

Asəf Ruşanov çıxışında bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və dünyada yaşayan soydaşlarımızın tarixi bağlarını gücləndirən xüsusi bir gündür. O, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin bu günü milli birlik simvolu kimi təsis etdiyini vurğulayaraq, bu tarixin həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız üçün böyük mənəvi dəyər kəsb etdiyini qeyd edib.

Eyni zamanda, Yeni il bayramının əhəmiyyətinə toxunan Asəf Ruşanov, 2024-cü ilin kollektiv üçün yeni nailiyyətlər və uğurlarla yadda qalacağına ümid etdiyini bildirib. O, tələbələrin təhsildə, mədəni və ictimai sahələrdə göstərdikləri fəaliyyətlərə yüksək qiymət verib və gələcəkdə də bu istiqamətdə dəstəklərin davam edəcəyini diqqətə çatdırıb.

Tədbir tələbələrin müxtəlif proqramları ilə davam edib. Tələbələr tərəfindən ifa edilən mahnılar, şeirlər, rəqslər və göstərilən səhnələr tədbirə xüsusi rəng qatıb. Sonda iştirakçılara Həmrəylik Günü və Azərbaycanın zəngin tarixini əks etdirən videoçarx təqdim olunub.

Tədbirin yekununda direktor Asəf Ruşanov kollec heyətində ictimai işlərdə fəallığı ilə seçilən müəllim və tələbəıəri diplomlarla təltif edib. O, bu fəallığın kollec həyatına müsbət təsir göstərdiyini qeyd edərək, təltif olunanları səmimi təbrik edib və onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.