Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvanın 100 illik yubileyi ilə bağlı xüsusi konfrans keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7
Slide 8

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvanın 100 illik yubileyi ilə bağlı xüsusi konfrans keçirilib.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvanın 100 illik yubileyi ilə bağlı xüsusi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və şəhidlərin xatirəsini anmaq məqsədilə 1 dəqiqəlik sükutla başlayıb. Ardınca ölkənin dövlət himni səsləndirilib, bu isə tədbirə xüsusi bir əhəmiyyət qatıb.

Konfransı giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq, Naxçıvanın 100 illik tarixi inkişaf yolundan və əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması xalqımızın tarixində mühüm bir mərhələdir və bu gün Naxçıvan həm tarixi, həm də müasir inkişaf baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. O, çıxışında həmçinin 25 dekabrda baş verən təyyarə qəzasına toxunub, faciə nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edib: “Bu acı hadisə hər birimizi dərindən sarsıtdı. Təyyarə qəzasında həyatını itirən insanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, ailələrinə səbir versin. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq.”

Daha sonra tarix müəllimləri öz çıxışlarında Naxçıvanın tarixi irsi, onun Azərbaycanın dövlətçilik tarixindəki yeri və əhəmiyyəti haqqında geniş məlumat veriblər. Onlar vurğulayıblar ki, Naxçıvanın zəngin tarixi və mədəni irsi gələcək nəsillərə ötürülməli olan dəyərli bir mirasdır.

Tədbirin davamında tələbələrin hazırladığı səhnəciklər, şeirlər, mahnılar və Naxçıvanın tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tələbələr yaradıcılıqları ilə Naxçıvanın 100 illik tarixi və mədəni irsinə olan sevgilərini ifadə ediblər. Tədbir həm tarixi məlumatlandırma, həm də tələbələrin yaradıcılıq potensialını göstərməsi baxımından böyük maraqla qarşılanıb.

Konfransın sonunda Asəf Ruşanov tədbirin təşkilində əməyi keçən müəllimlərə və tələbələrə təşəkkür edərək, Naxçıvanın 100 illik yubileyi ilə bağlı bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.