Xarici dillər fənn birləşməsi komissiyasının Alman dili müəllimi tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev muzeyinə ekskursiyada olmuşlar.
25 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Xarici dillər fənn birləşməsi komissiyasının Alman dili müəllimi tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev muzeyinə ekskursiyada olmuşlar. Ekskursiya zamanı muzey bələdçisi bildirib ki, Heydər Əliyev muzeyi Naxçıvan Muxtar Respublikasının inkişafında əvəzsiz rol oynamış dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin ən önəmli məqamlarını əks etdirən zəngin bir kolleksiyaya malikdir. Müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyevin müdrik rəhbərliyi altında Naxçıvanın sosial-iqtisadi və mədəni sahələrdəki uğurları haqqında geniş məlumat verilib. Muzeyin eksponatları, sənədlər, fotoşəkillər və digər materiallar vasitəsilə Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün göstərdiyi əzmkarlıq və fədakarlıq əks olunub.