Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dərs başlamadan əvvəl bir dəqiqəlik sükut elan olundu.

Slide 1
Slide 2

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dərs başlamadan əvvəl bir dəqiqəlik sükut elan olundu.

26 dekabr 2024-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında elan etdiyi matəm günü ilə əlaqədar, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dərs başlamadan əvvəl bir dəqiqəlik sükut elan olundu. Təhsil müəssisəsinin müəllim və tələbə heyəti, faciə nəticəsində həyatını itirənlərin xatirəsini dərin hörmətlə anaraq, onların ailələrinə başsağlığı verdilər. Bu anma mərasimi faciənin gətirdiyi dərdin dərinliyini və ölkəmizin üzləşdiyi bu ağır itkini bir daha diqqətə çatdırdı.