05 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq 04 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində rəsm sərgisi təşkil olunmuşdur.
05 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq 04 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində rəsm sərgisi təşkil olunmuşdur.
Rəsm sərgisində kollecin direktoru Asəf Ruşanov çıxış edərək qeyd etmişdir:
Müəllimlik peşəsinin cəmiyyətin formalaşmasında və gənc nəslin tərbiyə olunmasında xüsusi rol oynadığını vurğulamışdır. Müəllimlər yalnız bilik ötürən deyil, həm də gənclərə mənəvi dəyərlər aşılayan, onları vətənpərvər ruhda yetişdirən liderlərdir. Bu səbəbdən də, Müəllimlər Gününün qeyd olunması böyük əhəmiyyət kəsb edir və gənclərin müəllimlərə olan hörmət və minnətdarlığını göstərmək üçün yaxşı bir fürsətdir.
Direktor bildirmişdir ki, tələbələrin çəkdikləri rəsmlər onların müəllimlərinə olan dərin hörmət və məhəbbətini ifadə edir. O, bu cür yaradıcılıq fəaliyyətlərinin tələbələrin həm şəxsi, həm də peşəkar inkişafına töhfə verdiyini, onların yaradıcı düşüncələrini inkişaf etdirdiyini vurğulamışdır.
Asəf müəllim belə tədbirlərin Kollecdə mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edərək, bu kimi fəaliyyətlərin gənclərin sosial həyatında aktiv iştirak etməsinə, öz bacarıqlarını sərgiləməsinə və eyni zamanda müəllim-tələbə münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaratdığını vurğulamışdır.