24 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Texniki kollecinin "Təbiət və Texniki" fənlər birləşməsinin sədri Heydər Əliyəv muzeyində "Heydər Əliyev və təhsil siyasəti" adlı açıq dərs keçirmişdir.
24 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Texniki kollecinin "Təbiət və Texniki" fənlər birləşməsinin sədri Heydər Əliyəv muzeyində "Heydər Əliyev və təhsil siyasəti" adlı açıq dərs keçirmişdir. Dərs zamanı Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında mühüm rol oynaması və təhsil siyasətini ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqələndirilməsi qeyd edilmişdir. O, təhsili insan kapitalının inkişafının əsas amili olaraq görmüşdür. Təhsil keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə ciddi addımlar atılmışdır. Heydər Əliyev gənclərin xaricdə təhsil almasını dəstəkləyərək onların beynəlxalq təcrübə qazanmasına şərait yaratmışdır. Eyni zamanda peşə təhsili və ixtisaslaşmış təhsil müəssisələrinin yaradılması vacib olub. Azərbaycan dilinin və milli mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirilmişdir. Təhsil siyasəti həm də beynəlxalq əlaqələrin inkişafına yönəlmişdir. Onun təhsil sahəsindəki rəhbərliyi nəticəsində Azərbaycan təhsilində mühüm irəliləyişlər baş vermişdir. Bu siyasət ölkənin gələcək uğurları üçün möhkəm bir təməl yaratmışdır.
Sonda isə muzey bələdçisi tələbələri muzey ilə tanış etmişdir.