Azərbaycan Vətən Müharibəsi Veteranları ctimai Birliyinin sədri tərəfindən Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına həsr edilmiş"Ümumrespublika"tədbirlərində fəal iştirak edən kollecin tələbələrinə Fəxri Fərmanlar təqdim olunub
2024-cü il dekabrın 23-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri tərəfindən Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına həsr edilmiş "Ümumrespublika" tədbirlərində fəal iştirak edən kollecin tələbələrinə Fəxri Fərmanlar təqdim olunub. Bu Fəxri Fərmanlar tələbələrin müharibə mövzusunda təşkil edilən tədbirlərdə göstərdikləri aktiv iştiraka və cəmiyyətə verdikləri töhfəyə görə verilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri tərəfindən kollecin direktoru Asəf Ruşanova xüsusi olaraq plaket təqdim edilib. Bu plaket, onun rəhbərlik etdiyi kollecin müharibə veteranlarına, şəhid ailələrinə və əlillərinə qarşı göstərdiyi diqqət və dəstək üçün bir təşəkkür olaraq verilmişdir.