Xəbərlər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yaranmasının 30 İlliyinə Həsr Olunmuş "Milli Vətənpərvərlik" mövzusunda ümumrespublika tədbiri keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yaranmasının 30 İlliyinə Həsr Olunmuş "Milli Vətənpərvərlik" mövzusunda ümumrespublika tədbiri keçirilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yaranmasının 30 İlliyinə Həsr Olunmuş "Milli Vətənpərvərlik" mövzusunda ümumrespublika tədbiri keçirilmişdir.

Tədbir, ölkənin müxtəlif regionlarından gəlmiş iştirakçıların qatıldığı, dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, qazilər, veteranlar, alimlər və ziyalıların iştirakı ilə geniş müzakirələrə səbəb olub. Tədbirin məqsədi, Vətən Müharibəsinin qəhrəmanlarını anmaq, onların şücaətlərini gələcək nəsillərə çatdırmaq və milli vətənpərvərlik ruhunu təbliğ etmək olub.

Açılış Çıxışları:
Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Rövşən İsmayılxanlının çıxışı ilə başlayıb. O, müharibə şəhidlərinin və qazilərinin xalqa və ölkəyə verdiyi qiymətsiz xidmətlərdən bəhs edərək, bu günün Vətən müharibəsi veteransız düşünülməyəcəyini vurğulayıb.

Daha sonra, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin əməkdaşı Musa Məmmədov, şəhid Muradlı İlkinin anası Həcər xanım, Əlahiddə Ümumqoşun Ordusunun nümayəndəsi və digər çıxışçılar Azərbaycan xalqının birliyi, şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı barədə fikirlərini bölüşüblər.

Asəf Ruşanovun Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Texniki Kollecinin direktoru olaraq, təhsil sahəsindəki mühüm məsələlərdən danışıb. Asəf müəllim, Vətən Müharibəsi veteranlarının, şəhidlərinin və qazilərinin göstərdiyi fədakarlıqların yalnız dövlət səviyyəsində deyil, həm də cəmiyyətin hər bir üzvü tərəfindən mənimsənilməli olduğunu bildirib. O, təhsilin, xüsusilə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb və bu məqsədlə təhsil müəssisələrinin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.

Asəf Ruşanov, həmçinin, Naxçıvan Dövlət Texniki Kollecində bu məqsədlə həyata keçirilən tədbirlərdən və müasir təhsil metodlarından danışıb. O, gənclərin yalnız peşə bilikləri ilə deyil, eyni zamanda milli dəyərlərlə də yetişmələrinin vacibliyini qeyd edərək, bu istiqamətdə görülən işlərin daha da inkişaf etdiriləcəyinə inandığını bildirib.