Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tələbə gənclər təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan Qədim Diyar” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tələbə gənclər təşkilatının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan Qədim Diyar” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kollecin tələbələri, Naxçıvan haqqında topladıqları ümumi məlumatları iştirakçılara təqdim edərək, bu qədim diyarın tarixini, mədəniyyətini və inkişafını işıqlandırmışlar.
Tədbirin sonunda münsiflər heyəti tələbələrin təqdim etdiyi məlumatları qiymətləndirmiş və ən yaxşı nəticə göstərən tələbələri mükafatlandırmışdır. 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən tələbələr diplomlarla təltif edilmişdir.
Bu cür tədbirlər tələbələrin təhsil alarkən eyni zamanda öz doğma diyarlarını daha yaxşı tanımalarına və bu barədə məlumatlar toplamalarına böyük imkanlar yaradır. Tədbir həmçinin gənclərin tarixi irsi qorumaq və gələcək nəsillərə çatdırmaq adına əhəmiyyətli bir addım olaraq qeyd edilmişdir.