Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Bu gün, Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 5 oktyabr Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbir, şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, müəllimlərin cəmiyyətin inkişafındakı rolunu və əhəmiyyətini vurğulayaraq, onların zəhmətinin dəyərini qeyd etdi. O, müəllimlərin təkcə bilik verməklə kifayətlənməyib, eyni zamanda gənc nəsillərin yetişməsindəki təsirlərinin böyük olduğunu bildirdi.
Direktor Ruşanov çıxışında dedi: “Müəllimlik – müqəddəs bir peşədir. Biz, bu yolda çalışaraq, gələcəyimizi inşa edirik. Hər bir müəllim, öyrətdiyi tələbənin həyatında iz qoyaraq, cəmiyyətimizin daha da irəliləməsinə töhfə verir.”
Tədbirdə həmçinin, kollecin müəllimləridə çıxış edərək öz təcrübələrini və fikirlərini bölüşdülər. Tələbələr, müəllimlərə həsr olunmuş şeirlər söylədilər, əyləncəli səhnəciklər təqdim olundu. Sonda, Kollecin tələbələri tərəfindən hazırlanmış müəllimlərə həsr olunmuş video çarx nümayiş olundu.