Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Bayraq Meydanı muzeyinə ekskursiyada olmuşlar.
17 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Humanitar fənn birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Bayraq Meydanı muzeyinə ekskursiyada olmuşlar. Ekskursiya zamanı muzey bələdçisi, Naxçıvan Muxtar Respublikasının yaranma tarixi, inkişaf mərhələləri və əldə olunan nailiyyətlər barədə məlumat vermiş, həmçinin muzeydəki eksponatlar haqqında tələbələrə ətraflı izahatlar vermişdir. Bu tədbir, tələbələrə Naxçıvanın zəngin tarixi və mədəniyyəti haqqında daha dərindən məlumat əldə etmələrinə imkan yaratmışdır.