Xəbərlər

10 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Psixologiya Nədir?" mövzusunda marifləndirici tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

10 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Psixologiya Nədir?" mövzusunda marifləndirici tədbir keçirilmişdir.

10 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Psixologiya Nədir?" mövzusunda marifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək, psixologiyanın gündəlik həyatımızda və təhsil prosesindəki əhəmiyyətini vurğulamışdır. O, psixologiyanın insan davranışlarını anlamaqda və inkişaf etdirmədəki roluna toxunaraq, bu sahədəki təhsilin önəmini qeyd etmişdir. Direktor Asəf Ruşanov, həmçinin tələbələrə psixologiya sahəsində daha çox bilik əldə etməyə çağırmış və bu sahədə mütəxəssis olmağın cəmiyyətə və özünə faydalı olacağını bildirmişdir.

Daha sonra isə kollecin psixoloqu Kənan Abutalıbov çıxışında psixologiya elminin əsas prinsipləri və sahələri haqqında məlumat vermişdir. Kənan Abutalıbov psixologiyanı sadəcə insanın davranışlarını öyrənən bir elm olaraq deyil, həm də insanların zehni vəziyyətlərini, hisslərini və sosial münasibətlərini anlamağa çalışan bir sahə kimi tanıtmışdır. O, psixologiyanın fərdi inkişaf, stressin idarə olunması, insan münasibətləri və təhsil prosesindəki rolunu ətraflı şəkildə izah etmişdir. Tədbir iştirakçılarına psixologiyanın müxtəlif alt sahələrinə, o cümlədən klinik psixologiya, təhsil psixologiyası və sosial psixologiya kimi sahələrə dair qısa məlumatlar verilmişdir.

Tədbir interaktiv şəkildə keçirilmiş və iştirakçılardan suallar alınıb, müzakirələr aparılmışdır. Tədbir iştirakçıları psixologiya sahəsindəki mövzulara maraq göstərmiş, psixoloji məsələlərə dair suallar verərək öz anlayışlarını genişləndirmək üçün ətraflı məlumat almışlar. Bu marifləndirici tədbir, iştirakçılarda psixologiya elminə olan marağı artırmış və onların bu sahə ilə bağlı biliklərini genişləndirmişdir.