13 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
13 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə qrupunun baş inspektoru, polis mayoru Ayaz İsmayılov kollecin I kurs Nəqliyyat Vasitələrinin Texniki İstismarı İxtisasının tələbələri üçün "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Tədbirin məqsədi tələbələrə yol hərəkəti qaydaları barədə geniş məlumat vermək, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və vərdişlərini artırmaq, nəqliyyat vasitələrinin düzgün idarə olunması və yol hərəkəti qaydalarına əməl etmənin vacibliyini vurğulamaq idi.
Bu cür maarifləndirici tədbirlər yol qəzalarının qarşısının alınmasına və yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə töhfə verməyi hədəfləyir.