Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci, müasir texnologiyaların tətbiqi və rəqəmsal platformaların genişləndirilməsi istiqamətində mühüm bir addım atmışdır. Kollecin rəsmi YouTube kanalı fəaliyyətə başlamışdır.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci, müasir texnologiyaların tətbiqi və rəqəmsal platformaların genişləndirilməsi istiqamətində mühüm bir addım atmışdır. Kollecin rəsmi YouTube kanalı fəaliyyətə başlamışdır. Bu kanal, tələbələrin təhsilə dair biliklərini artırmaq, dərs materiallarına daha asan çıxışı təmin etmək və texniki sahədəki yenilikləri izləmək məqsədini güdür. Kanalda müxtəlif dərs materialları, təlim videoları, seminarlar, müsahibələr və texnoloji sahədəki yeniliklərlə bağlı zəngin məzmun təqdim olunacaq.
Bundan əlavə, kanal Milli kinomuz nümayişi və Muxtar Respublika səviyyəsində keçirilən tədbirlərin videolarını da yayımlayacaq. Kanalda, həmçinin kollecdə təşkil olunan müxtəlif tədbirlər və sosial fəaliyyətlər də izləyicilərə təqdim olunacaq. Bu cür məzmun tələbələrə və izləyicilərə yalnız təhsil sahəsindəki yenilikləri deyil, həm də yerli mədəniyyətin təbliğində və ictimai tədbirlərdə iştirak etmə imkanı verəcək. Kollecin rəhbərliyi bu təşəbbüsün təhsil keyfiyyətinin artırılmasına, tələbələrin peşəkar inkişafına və yerli mədəniyyətin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcəyinə inanır.
Naxçıvan Dövlət Universitetinin nəzdində
Naxçıvan Dövlət Texniki Kollecinin YouTube kanalını izləyərək, ən son təhsil yenilikləri, faydalı dərs materialları və mədəni tədbirlər haqqında məlumat ala bilərsiniz.