Xəbərlər

12 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri birgə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

12 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri birgə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilmişdir.

12 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbələri birgə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir öncəsi kollecin müəllim və tələbələri Heydər Əliyev abidəsinin önünə güllər qoyaraq Ulu Öndərə ehtiramlarını bildirmişlər.

Tədbirin növbəti hissəsi Naxçıvan Dövlət Texniki Kollecində “Milli İrs və Gələcək Heydər Əliyev Yolunda” mövzusunda keçirilən Dəyirmi Masa ilə davam etmişdir.
Direktor Asəf Ruşanov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əvəzsiz rolundan, ölkənin müstəqilliyi və inkişafı istiqamətində atdığı mühüm addımlardan bəhs etmişdir. Asəf Ruşanov Heydər Əliyevin ölkə içində və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırmaq üçün apardığı uğurlu siyasətini, həmçinin onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial və mədəni islahatları xüsusi olaraq vurğulamışdır.

Daha sonra kollecin tarix müəllimləri və tələbələri tərəfindən müzakirələr aparılmış, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olunmasında və milli irsin qorunmasında göstərdiyi xidmətlər geniş şəkildə müzakirə edilmişdir. Müzakirələrdə Ulu Öndərin gənc nəslin tərbiyəsi, milli dəyərlərin təbliği və gələcəkdə Azərbaycanı daha güclü bir dövlətə çevirmək üçün göstərdiyi səylər önə çəkilmişdir. Eyni zamanda, Heydər Əliyevin özünün irsini davam etdirən müasir siyasi və iqtisadi strategiyalarının gənc nəsil üçün örnək olduğu qeyd edilmişdir.

Çıxışlarda, həmçinin Ulu Öndərin siyasi irsinin, ideyalarının və həyatı boyunca verdiyi qərarların bu gün də Azərbaycanda davam edən inkişaf proseslərinə təsir etdiyi, onun dövlətçilik siyasətinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Tədbir kollecin müəllim və tələbələri tərəfindən Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixindəki yeri və önəmi barədə fikirlərin bir-birinə çatdırılması ilə yekunlaşmışdır. Sonda isə Ulu Öndər Heydər Əliyevin həyatını və fəaliyyətini əks etdirən videoçarx izlənilmişdir.