Xəbərlər

12 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar açıq dərs keçmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

Açıq dərsi giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla yanaşı, həm də ölkəmizin müasir inkişafının əsasını qoyan böyük şəxsiyyətdir. Onun Azərbaycan tarixindəki müstəsna xidmətləri hər bir azərbaycanlı üçün dəyərlidir və bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsini anmaq, onun ideyalarını yaşatmaq bizim üçün böyük önəm daşıyır.
Daha sonra müəllim və tələbələrin çıxışları dinlənildi. Müəllim çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlərindən bəhs etdi, onun liderlik keyfiyyətləri və uzaqgörən siyasətinin ölkəmizin inkişafına necə təkan verdiyini vurğuladı.
Tələbələr isə Heydər Əliyevin həyat və fəaliyyətinə dair fikirlərini paylaşaraq, onun göstərdiyi yolun Azərbaycan gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Çıxışlar zamanı həmçinin Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki əvəzsiz rolu, onun diplomatik uğurları və sosial-iqtisadi sahədəki islahatları təhlil olundu.