Xəbərlər

11 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar açıq dərs keçmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

11 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar açıq dərs keçmişdir.

11 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar açıq dərs keçmişdir. Açıq dərsi giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov, Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışdı. O, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqilliyin qorunmasında, eyni zamanda ölkənin sosial-iqtisadi və mədəni sahələrindəki nailiyyətlərindəki əvəzsiz xidmətlərini vurğuladı.

Direktor Asəf Ruşanov, həmçinin Heydər Əliyevin ölkənin təhsil siyasətindəki böyük islahatlarını və gənclərin savadlı yetişməsindəki əhəmiyyətini diqqətə çatdırdı. O qeyd etdi ki, Ulu Öndərin təhsil sahəsində apardığı islahatlar sayəsində bu gün Azərbaycan təhsili dünya standartlarına uyğun bir sistemə çevrilmişdir. Asəf Ruşanov, Heydər Əliyevin irsinin hər zaman gələcək nəsillər tərəfindən əziz tutulmalı və ölkəmizin inkişafına yönəldilən fəaliyyətlərdə əsas mənbə olaraq qalmalı olduğunu vurğuladı.

Açıq dərsdə Heydər Əliyevin ideyaları, onun Azərbaycan xalqı və gəncləri üçün əhəmiyyətli rəhbər prinsipləri müzakirə edildi. Dərsin sonunda, iştirakçılar Ulu Öndərin xatirəsini dərin hörmətlə yad edərək, onun müdrik rəhbərliyini və təhsil sahəsindəki irsini davam etdirəcəyinə dair əzmkar fikirlər bildirdilər.