Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Heydər Əliyevin Anım Günü" ilə əlaqədar Heydər Əliyev Muzeyinə ekskursiyada olmuşlar.
11 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə "Heydər Əliyevin Anım Günü" ilə əlaqədar Heydər Əliyev Muzeyinə ekskursiyada olmuşlar.
Ekskursiya zamanı muzey bələdçisi, Heydər Əliyevin həyatına, fəaliyyətinə və Naxçıvan Muxtar Respublikasının inkişafındakı roluna dair ətraflı məlumatlar təqdim etmişdir. Bələdçi iştirakçılara muzeyin ekspozisiyalarını göstərərək, müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin böyük xidmətlərini və onun irsini diqqətə çatdırmışdır. Bu ekskursiya, həmçinin tələbələrin milli dəyərlərə, tarixə və mədəniyyətə marağını artırmaq məqsədi daşıyırdı.