2024-cü il 3 oktyabr tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tarix müəllimləri kollecin II kurs Bələdiyyə işi ixtisası tələbələri ilə birlikdə Heydər Əliyev Muzeyini ziyarət ediblər.
2024-cü il 3 oktyabr tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Tarix müəllimləri kollecin II kurs Bələdiyyə işi ixtisası tələbələri ilə birlikdə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ekskursiya zamanı muzey bələdçisi tələbələrə Ümummilli Lider Heydər Əliyevin həyatı, irsi və Azərbaycanın inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verib.
Tələbələr Heydər Əliyevin rəhbərliyi dövründəki tarixi hadisələr və əlamətdar məqamlarla bağlı qiymətli biliklər əldə ediblər.