Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Muzeyində "Heydər Əliyevin Naxçıvan Siyasəti" mövzusunda açıq dərs keçirmişdir.
04 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və Texniki fənlər birləşməsi komissiyasının müəllimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Muzeyində "Heydər Əliyevin Naxçıvan Siyasəti" mövzusunda açıq dərs keçirmişdir. Bu tədbir, ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında apardığı siyasətin əhəmiyyətini və onun yerli inkişaf üçün rolunu vurğulamaq məqsədini güdür. Dərsdə tələbələr Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi strateji layihələr və ölkə üçün uzunmüddətli təsir göstərən qərarları ilə tanış olublar.