Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq kollecin I kursları arasında İngilis dilində Naxçıvanın görkəmli şəxsiyyətləri mövzusunda viktorina keçirilmişdir.
04 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq kollecin I kursları arasında İngilis dilində Naxçıvanın görkəmli şəxsiyyətləri mövzusunda viktorina keçirilmişdir.
Viktorinada tələbələrin Naxçıvanın zəngin tarixi və mədəniyyəti barədə biliklərini artırmaq, eyni zamanda onların vətənpərvərlik hisslərini gücləndirmək məqsədi daşıyırdı. Viktorina zamanı Naxçıvanın tarixində mühüm rol oynamış şəxsiyyətlər və onların fəaliyyətləri haqqında suallar verilmiş, iştirakçılar əyləncəli şəkildə biliklərini nümayiş etdirərək mübarizə aparmışlar.