2 noyabr 2024-cü il tarixində Şahbuz rayonunda Vətən müharibəsi şəhidimiz İlkin Muradlının anım günü münasibətilə geniş tədbir keçirildi. Tədbir şəhidimizin əziz xatirəsinə ehtiramla başlandı və onun keçdiyi şərəfli ömür yolu bir daha yad edildi.
2 noyabr 2024-cü il tarixində Şahbuz rayonunda Vətən müharibəsi şəhidimiz İlkin Muradlının anım günü münasibətilə geniş tədbir keçirildi. Tədbir şəhidimizin əziz xatirəsinə ehtiramla başlandı və onun keçdiyi şərəfli ömür yolu bir daha yad edildi.
Tədbirdə ilk çıxış üçün şəhidimizin anası Həcər xanım və qardaşı Heydər Muradlı dəvət olundu. Onlar İlkin Muradlının Vətən sevgisi və qəhrəmanlıqla dolu həyatından bəhs edərək, onun xatirəsini daim yaşadacaqlarını vurğuladılar.
Daha sonra çıxış üçün Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru hörmətli Asəf Ruşanov söz aldı. O, çıxışında şəhidimiz İlkin Muradlının gənc nəslə örnək olan vətənpərvərliyindən danışaraq, onunla qürur duyduqlarını ifadə etdi.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin müavini hörmətli Cəlal Paşayev şəhidlərimizin ölkəmiz üçün göstərdiyi fədakarlığın heç vaxt unudulmayacağını və dövlətimizin onların xatirəsinə daim hörmətlə yanaşacağını qeyd etdi.
Son olaraq çıxış üçün Azər Tahiroğlu söz aldı. O, İlkin Muradlının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və bu fədakarlığın xalqımızın yaddaşında daim yaşayacağından bəhs etdi.
Tədbirin davamında Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən şəhidimizin həyatı və qəhrəmanlıq yolunu əks etdirən ədəbi-bədii kompozisiya təqdim edildi. İfaçılar şəhidin xatirəsinə ithaf olunmuş şeirlər səsləndirdilər, milli ruhlu səhnələrlə onun Vətən sevgisini tərənnüm etdilər.
Bundan sonra sənətçi Şahmar Şıxəliyevin ifasında səsləndirilən mahnılar tədbirə xüsusi rəng qatdı. Musiqi və şeirlərlə zənginləşən anım tədbiri, şəhidimiz İlkin Muradlının ailəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı bir daha vurğulanaraq başa çatdı.