2 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən marifləndirici tədbir keçirilmişdir.
2 dekabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən marifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında, bu cür tədbirlərin əhəmiyyətindən və məqsədindən danışdı. O, iştirakçıları təbrik edərək, belə marifləndirmə işlərinin gənclərin cəmiyyətdəki mühüm rolunu anlamaqda kömək edəcəyini vurğuladı. Daha sonra, Dövlət Komitəsinin əməkdaşı çıxış edərək, ailə, qadın və uşaq hüquqları mövzusunda ətraflı məlumat verdi və iştirakçıların suallarını cavablandırdı. Tədbirin məqsədi, xüsusilə gənclərə, bu sahələrdə mövcud olan qanunvericilik və dəstək mexanizmləri barədə məlumat vermək və onların hüquqlarını tanıtmaq idi.