29 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirmişdir.
29 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçirmişdir. Bu dərs Naxçıvanın tarixi və mədəniyyətini təbliğ etmək, tələbələrin bu sahədə məlumatlarını genişləndirmək məqsədini daşıyıb.
Açıq dərsdə müəllim, Naxçıvan Muxtar Respublikasının yaranması, inkişafı və müstəqil dövlətçilik yolundakı əhəmiyyəti barədə tələbələrə geniş məlumat verib. Muxtar respublikanın 100 illik yubileyinin önəmi xüsusi olaraq vurğulanıb və bu yubileyin Naxçıvanın tarixindəki mühüm yerindən bəhs olunub.
Tələbələr açıq dərsdə çıxış edərək Naxçıvanın tarixindəki əhəmiyyətli hadisələr və muxtar respublikanın inkişafı haqqında fikirlərini təqdim ediblər. Onların çıxışları, həmçinin Naxçıvanın mədəni irsi, adət-ənənələri və tarixi abidələri barədə də məlumatları əhatə edib.
Açıq dərsin sonunda, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar bu cür tədbirlərin keçirilməsinin önəmi vurğulanıb və tələbələrin tarixə olan maraqlarının artırılması məqsədilə belə dərslərin davam etdiriləcəyinə dair fikirlər irəli sürülüb.