Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən esse müsabiqəsində fərqlənən tələbələr Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tərəfindən təltif olunub.
29 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən esse müsabiqəsində fərqlənən tələbələr Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tərəfindən təltif olunub. Bu tədbir, həmçinin tələbələrin yazılı ifadə bacarıqlarını inkişaf etdirmələrinə və Naxçıvan Muxtar Respublikasının tarixini daha yaxından öyrənmələrinə imkan yaratmışdır.