02 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki İxtisaslar fənn birləşməsi komissiyasının sədri Abbasov Fəxrəddin tərəfindən COP29-a həsr olunmuş açıq dərs keçirilmişdir.

Açıq dərsdə kollecin direktoru Asəf Ruşanov COP29-un əhəmiyyəti və bu cür qlobal təşəbbüslərin Azərbaycan üçün yaratdığı imkanlar haqqında danışmışdır.
Daha sonra Texniki İxtisaslar fənn birləşməsi komissiyasının sədri Abbasov Fəxrəddin çıxış edərək, tələbələri COP29-un əsas mövzuları, iqlim dəyişikliyi və onun fəsadları haqqında məlumatlandırmışdır.
Sonda isə fənn müəllimi Yaqubov Hafiz tələbələri mövzu ilə bağlı geniş məlumatlandırmışdır.
Açıq dərs tələbələr tərəfindən böyük maraqla qarşılanmış və sual-cavab sessiyası ilə başa çatmışdır.