27 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Bir gənclik, bir uşaqlıq" mövzusunda maarifləndirici tədbir keçirilib.
27 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Bir gənclik, bir uşaqlıq" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi gənclərin uşaqlıq dövrünə dair müsbət və unudulmaz xatirələrin əhəmiyyətini vurğulamaq və bu mövzuda məlumatlılığı artırmaq olub.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq, uşaqlıq illərinin gənclərin şəxsiyyət formalaşmasındakı əhəmiyyətindən danışıb. Daha sonra kollecin müəllimlərindən Sərvər Əliyev çıxış edib. O, uşaqlığın insan həyatındakı təsirindən bəhs edərək gənclərin düzgün dəyərlər üzərində böyüməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda tələbələr tərəfindən hazırlanmış maraqlı səhnəcik təqdim olunub. Səhnəcik auditoriyada böyük maraq doğuraraq tədbir iştirakçılarında dərin təəssürat yaradıb. Tədbir iştirakçıları belə təşəbbüslərin gənclər arasında maariflənmə və motivasiya baxımından mühüm rol oynadığını vurğulayıblar.