Xəbərlər

26 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən marifləndirici tədbir keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

26 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən marifləndirici tədbir keçirilmişdir.

26 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı tərəfindən marifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında tədbirin məqsədini və əhəmiyyətini vurğuladı. O, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər haqqında geniş məlumat verdi.

Direktor Asəf Ruşanov, bu cür tədbirlərin tələbələrin sosial məsələlərə olan həssaslığını artırmaq, onlara hüquq və vəzifələrini daha yaxşı başa düşməyə kömək etmək baxımından önəmli olduğunu qeyd etdi. O, həmçinin, tələbələri belə marifləndirici tədbirlərdə fəal iştirak etməyə çağırdı.

Tədbirin növbəti hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, komitənin fəaliyyəti, qanunvericilik sahəsindəki yeniliklər, qadın və uşaq hüquqları ilə bağlı əsas məlumatlar verərək, iştirakçılara bu sahədəki mövcud problemlər və onların həlli yolları haqqında geniş informasiya təqdim etdi. O, tələbələrə sosial problemlərə həssas yanaşmağı və gələcəkdə bu sahələrdə peşəkar olaraq fəal rol oynamalarını tövsiyə etdi.

Tədbir, tələbələrin marağını cəlb edən sual-cavab sessiyası ilə davam etdi və iştirakçılar bir sıra mühüm mövzular haqqında ətraflı məlumat aldılar. Bu marifləndirici tədbir, tələbələrin cəmiyyətin mühüm sosial problemlərinə diqqətini çəkmək və onları bu sahədə daha məlumatlı etmək məqsədini daşıyırdı.