Naxçıvan Dövlət Universitetinin müəllimi, tanınmış alim, professor İsa Özaydın Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün nümunəvi dərs keçmişdir.
25 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin müəllimi, tanınmış alim, professor İsa Özaydın Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün nümunəvi dərs keçmişdir.
Dərsdən əvvəl kollecin direktoru Asəf Ruşanov tələbələrə professor İsa Özaydını tanıdaraq onun elmi nailiyyətləri və baytarlıq sahəsindəki dəyərli töhfələri haqqında məlumat vermişdir. O, həmçinin, belə nümunəvi dərslərin tələbələrin tədris səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulamışdır.
Professor İsa Özaydın dərs zamanı tələbələrə baytarlıq sahəsində müasir texnologiyalar, diaqnostika və müalicə üsulları barədə geniş məlumat vermiş, nəzəri biliklərin praktik tətbiqini əyani şəkildə izah etmişdir. Tələbələrlə interaktiv müzakirələr keçirilmiş və real praktik nümunələr əsasında biliklərin möhkəmləndirilməsi təmin olunmuşdur.
Tələbələr dərsin yüksək səviyyədə təşkilindən razı qalmış və professorun təqdimatının onların peşəkar inkişafında mühüm rol oynayacağını bildirmişdir. Tədris prosesi, həmçinin, müəllimlər üçün də faydalı metodoloji təcrübə kimi dəyərləndirilmişdir.