Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində "Narkomaniyaya qarşı mübarizə" adlı tədbir keçirilib

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Texniki Kollecində "Narkomaniyaya qarşı mübarizə" adlı tədbir keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində "Narkomaniyaya qarşı mübarizə" adlı tədbir keçirilib

25 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən danışıb və bu cür maarifləndirmə tədbirlərinin gənclərin məlumatlılığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Narkolojiya Şöbəsinin müdiri, həkim-narkoloq Azad Şükürlü çıxış ediblər. Onlar narkotik maddələrin hüquqi, psixoloji və tibbi fəsadlarından bəhs edərək, gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Tədbir çərçivəsində iştirakçılara narkotik maddələrin yaratdığı problemlərlə bağlı məlumatlar verilib, suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb. Gənclərin bu kimi mövzularda məlumatlandırılmasının narkomaniyaya qarşı mübarizədə mühüm addım olduğu qeyd edilib.