Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Dövlət Universitetinin müəllimləri tərəfindən kollecin I kurs tələbələrinə laboratoriya dərsi keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Dövlət Universitetinin müəllimləri tərəfindən kollecin I kurs tələbələrinə laboratoriya dərsi keçirilmişdir.

23 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Uninersitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənn birləşməsi komissiyasının sədri və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya kafedrasının müəllimləri tərəfindən kollecin I kurs tələbələrinə laboratoriya dərsi keçirilmişdir.

Keçirilən dərs zamanı müəllimlər universitetin müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarında tələbələrlə birgə praktiki məşğələlər həyata keçiriblər. Təcrübəyə əsaslanan bu dərslər tədris keyfiyyətinin artırılmasına və nəzəri biliklərin praktiki tətbiqinə yönəlib.

Bu əməkdaşlıq iki təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsinə, eyni zamanda təhsil alan gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir. Gələcəkdə bu cür birgə fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur

Göstərilən diqqətə görə fakültənin rəhbərliyinə və müəllimlərinə təşəkkür edirik.