Xəbərlər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Naxçıvan Dəmir Yolları Tarix, İnkişaf və Gələcək Perspektivlər" mövzusunda açıq dərs keçirmişdir.

Slide 1
Slide 2

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Naxçıvan Dəmir Yolları Tarix, İnkişaf və Gələcək Perspektivlər" mövzusunda açıq dərs keçirmişdir.

21 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Naxçıvan Dəmir Yolları Tarix, İnkişaf və Gələcək Perspektivlər" mövzusunda açıq dərs keçirmişdir.

Açıq dərsi giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxışında Naxçıvan Dəmir Yollarının regionun inkişafında mühüm rolunu, həmçinin bu infrastrukturun gələcək inkişaf perspektivlərini vurğulamışdır. O, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin Naxçıvanın iqtisadi və sosial inkişafında yeni dövrün başlanğıcı olduğunu qeyd etmiş, dəmir yollarının bu inkişafda əsas amil olduğunu diqqətə çatdırmışdır.

Sonda isə müvafiq mövzuda dərsi aparan müəllim tələbələri Naxçıvan Dəmir Yollarının tarixi, bu sahədəki yeniliklər və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumatlandırmış, tələbələrin suallarını cavablandırmışdır. Tələbələr mövzu ilə bağlı aktiv iştirak edərək, dəmir yolu nəqliyyatının əhəmiyyəti və gələcək inkişafı ilə bağlı maraqlı müzakirələr aparmışlar.