Xəbərlər

2024-cü il sentyabrın 27-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Anım Günü ilə bağlı açıq dərs keçirildi.

Slide 1
Slide 2

2024-cü il sentyabrın 27-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Anım Günü ilə bağlı açıq dərs keçirildi.

2024-cü il sentyabrın 27-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Xarici dillər fənn birləşmə komissiyasının sədri İsmayılova Sona tərəfindən I kurs Kompüter Şəbəkələri və Şəbəkə İnzibatçılığı ixtisasında təhsil alan tələbələrə Anım Günü ilə bağlı açıq dərs keçirildi.

Tələbələr , bu günün yalnız bir anım günü olmadığını, eyni zamanda, gələcək nəsillərə dəyərlərimizi, müstəqilliyimizin vacibliyini aşılamaq məqsədini daşıdığını qeyd etdilər.

Sonda İsmayılova Sona, tələbələrə çıxış edərək, bu cür açıq dərslərin əhəmiyyətini və şəhidlərimizin xatirəsinin daima yaşadılmasının vacibliyini vurğuladı. O, tələbələrə müstəqillik və azadlıq uğrunda mübarizə aparanların xatirəsini əbədiləşdirmək üçün öz biliklərini artırmağı, vətənpərvərlik ruhunu hər zaman qorumağı tövsiyə etdi. Müəllimə, bu günün onların gələcəyi üçün ilham verici olduğunu bildirib, tələbələrin öz ixtisaslarına layiqincə sahib çıxmaları və gələcəkdə ölkəmizin inkişafında fəal rol oynamaları üçün onları ruhlandırdı.