19 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tələbələrlə rəhbərlik arasında qarşılıqlı dialoq məqsədilə “Açıq Mikrofon” tədbiri keçirildi.
19 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində tələbələrlə rəhbərlik arasında qarşılıqlı dialoq məqsədilə “Açıq Mikrofon” tədbiri keçirildi. Tədbir zamanı kollecin direktoru Asəf Ruşanov tələbələrin suallarını cavablandırdı, onların təklif və iradlarını dinlədi.
“Açıq Mikrofon” formatında keçirilən görüş tələbələrə öz fikirlərini birbaşa çatdırmaq imkanı yaratmaqla yanaşı, təhsil mühitinin təkmilləşdirilməsi üçün vacib məsələlərin müzakirəsinə şərait yaratdı. Görüşdə tələbələrin təhsil prosesi, sosial fəaliyyətlər, maddi-texniki baza və digər məsələlərlə bağlı müraciətləri dinlənildi.
Direktor Asəf Ruşanov tələbələrin səsləndirdiyi təklif və problemlərin operativ şəkildə həll olunacağını vurğuladı və bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi. Tədbir tələbələrin kollecin idarəetmə prosesində daha aktiv iştirakını təmin etmək məqsədilə keçirilən mühüm addımlardan biri kimi qiymətləndirildi.
Bu cür açıq dialoqların keçirilməsi tələbə-rəhbərlik əlaqələrinin güclənməsinə, kollecin fəaliyyətinin daha şəffaf və səmərəli təşkilinə xidmət edir.