Xəbərlər

10-17 noyabr tarixləri arasında keçirilən Beynəlxalq Tələbə və Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi baş tutub.

Slide 1
Slide 2
Slide 3

10-17 noyabr tarixləri arasında keçirilən Beynəlxalq Tələbə və Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi baş tutub.

18 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 10-17 noyabr tarixləri arasında keçirilən Beynəlxalq Tələbə və Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi baş tutub. Yarışda III yer tutan tələbə, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tərəfindən təltif edilib.

Asəf Ruşanov çıxışında bildirib ki, bu cür yarışlar tələbələrin fiziki hazırlığını artırmaqla yanaşı, onların komanda ruhunu və əzmkarlığını da inkişaf etdirir.
Direktor həmçinin, tələbələrə sağlam həyat tərzi keçirmələrinin əhəmiyyətini və kollecin idman üzrə inkişafını davam etdirəcəyini qeyd edib.