15 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə Naxçıvan Qala Tarix-Memarlıq Muzeyinə ekskursiya təşkil olunub.
15 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə Naxçıvan Qala Tarix-Memarlıq Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı muzeyin bələdçisi iştirakçılara Naxçıvan qalasının tarixi və memarlığı barədə ətraflı məlumat verib. O, qalada yerləşən müxtəlif tarixə dair eksponatlar, arxeoloji tapıntılar və qala divarlarının tikinti texnikası barədə məlumatlar təqdim edib. Bələdçi, həmçinin qaladakı müxtəlif dövrlərin izlərini və muzeyin zəngin kolleksiyalarını təqdim edərək iştirakçılara Naxçıvanın qədim mədəni irsi haqqında dəyərli biliklər verib. Bu cür ekskursiyalar tələbələrə tarixi abidələrin əhəmiyyətini daha yaxından öyrənmək və regional mədəni irsi qorumağın vacibliyini başa düşmək imkanı yaradır.