Xəbərlər

15 noyabr 2024-cü il tarixdə Beynəlxalq Tütünçəkmədən İmtina Günü ilə əlaqədar olaraq, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirici tədbir keçirilmişdir.

Slide 1
Slide 2

15 noyabr 2024-cü il tarixdə Beynəlxalq Tütünçəkmədən İmtina Günü ilə əlaqədar olaraq, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirici tədbir keçirilmişdir.

15 noyabr 2024-cü il tarixdə Beynəlxalq Tütünçəkmədən İmtina Günü ilə əlaqədar olaraq, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, tütünçəkmənin insan sağlamlığına vurduğu ciddi zərərləri vurğuladı. O, tütünün yalnız tütünçəkənə deyil, həm də onun ətrafındakı insanlara, xüsusilə pasiv tütünçəkmə nəticəsində zərər verənlərə necə təsir etdiyini qeyd etdi.

Asəf Ruşanov, Beynəlxalq Tütünçəkmədən İmtina Gününün qeyd olunmasının və tütünçəkmə ilə mübarizənin vacibliyini diqqətə çatdıraraq, gəncləri tütünçəkmədən imtina etməyə çağırdı. O, sağlam həyat tərzinin əhəmiyyətinə toxunaraq, tütünsüz həyatın daha sağlam və məhsuldar olduğunu bildirdi. Kollec direktoru həmçinin bu cür tədbirlərin tütünçəkmə ilə mübarizə və sağlamlıq maarifləndirməsi baxımından mühüm rol oynadığını vurğuladı.

Tədbir çərçivəsində, iştirakçılara tütünün insan orqanizminə vurduğu zərərli təsirlər və tütünçəkmədən imtina etmənin faydaları barədə videoçarx təqdim olundu. Bu videoçarx, iştirakçıları tütünçəkmənin zərərləri barədə daha dərindən düşünməyə və sağlam həyat tərzi seçməyə təşviq etdi.