"Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Turizm işinin təşkili ixtisası tələbələrinin "Turizm işçiləri günü" peşə bayramı ilə əlaqədar “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Turizm işinin təşkili ixtisası tələbələrinin "Turizm işçiləri günü" peşə bayramı ilə əlaqədar “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Turizm işinin təşkili ixtisası tələbələrinin "Turizm işçiləri günü" peşə bayramı ilə əlaqədar “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib.
Ekskursiya çərçivəsində Naxçıvan Dövlət Texniki Kolleci “Turizm işinin təşkili” ixtisasının müəllimi Arzu Əsgərov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətdən biri də məhz turizmin inkişafı ilə bağlıdır. Bu baxımdan davamlı olaraq ekskursiyaların təşkilində məqsəd muxtar respublikanın zəngin fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri ilə daha yaxından tanışlıqdan, təbliğindən, eyni zamanda tələbələrin dərs zamanı əldə etdikləri nəzəri biliklərin praktikada tətbiq olunmasından ibarətdir.
Sonra tələbələrə mərkəz haqqında məlumat verilərək bildirilib ki, təbii üsullarla müalicə baxımından Duzdağ çox zəngin sərvətlərə malikdir. Naxçıvan Duzdağının coğrafi yerləşmə mövqeyi, buradakı duz ehtiyatlarının həcmi və tətbiq olunan müalicənin keyfiyyəti də fərqlidir. Buradan çıxarılan duz təkcə yüksək keyfiyyəti ilə deyil, həm də unikal şəfaverici, müalicəvi xüsusiyyətinə görə fərqlənir. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur.
Xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.
Sonda tələbələrə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan maarifləndirici broşür paylanılıb.