Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Vətən müharibəsi şəhidlərimizdən olan Ülvi Cəfərovun anım gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Vətən müharibəsi şəhidlərimizdən olan Ülvi Cəfərovun anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Kollecin direktoru Asəf Ruşanov çıxış edərək şəhid ailələrinə dərin ehtiramını bildirib, belə tədbirlərin əhəmiyyətinə toxunub.
Daha sonra şəhidin atası və döyüş yoldaşları öz ürək sözlərini söyləyib, şəhid Ülvi Cəfərovun döyüşlərdəki şücaətindən danışaraq, onun vətənə olan sevgisindən söz açıblar.
Tədbirdə, həmçinin, kollec tələbələri tərəfindən hazırlanan səhnəcik nümayiş olunub və şeirlər səsləndirilib. Tədbirin sonunda xatirə fotosu çəkilib.
Şəhidlərin xatirəsi əbədi olaraq qalacaq, onların göstərdiyi qəhrəmanlıq isə hər zaman gələcək nəsillər üçün örnək olacaq.