07 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Zəfər Günü" ilə əlaqədar tədbir keçirilmişdir.
07 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Zəfər Günü" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir kollecin direktoru Asəf Ruşanovun giriş sözü ilə başlanmışdır.
O, 8 Noyabrın Azərbaycanın tarixi zəfəri, Qarabağ torpaqlarının işğaldan azad olunması və Azərbaycan Silahlı Qüvvələrinin gücünü nümayiş etdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Asəf Ruşanov həmçinin Zəfər Gününün gənclər üçün vətənpərvərlik və müstəqillik ruhunun aşılanması baxımından vacibliyini qeyd etmişdir.
Tədbirin bədii hissəsində isə tələbələr müxtəlif şeirlər, mahnılar və rəqslər ifa etmiş, Azərbaycan xalqının müharibə dövründəki qəhrəmanlığını və zəfərini təbliğ edən çıxışlar nümayiş etdirmişdir. Tədbirin sonunda isə tələbələr tərəfindən hazırlanmış səhnəcik izlənilmişdir.
Bu səhnəcik "Qazi Həyati" mövzusuna həsr olunmuşdu. Səhnə, müharibə sonrası qazilərimizin yaşadığı çətinlikləri, onların cəmiyyətə inteqrasiyasını və qazilərin göstərdiyi qəhrəmanlığı təsvir edirdi.
Bu səhnəcik, gənclərə qazilərə olan hörmətin və onların müharibə dövründəki şücaətinin dəyərini bir daha xatırlatmaq məqsədini daşıyırdı. Tədbir, həmçinin Vətən müharibəsinin qəhrəmanlarına və qazilərinə olan ehtiramı, vətənpərvərlik hisslərini və milli birliyi gücləndirmək məqsədini uğurla yerinə yetirmişdir.