6 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi tələbələr ilə birlikdə Cəmşid Naxçıvanskinin ev muzeyində ekskursiyada olmuşlar.

Ekskursiya zamanı muzeyin bələdçisi qonaqlara Cəmşid Naxçıvanski haqqında məlumat verib və muzeydəki müxtəlif eksponatlar barədə geniş izahlar təqdim edib. Bu cür tədbirlər tələbələrin mədəni irs və tarixlə tanış olmalarına, həmçinin bölgənin zəngin mədəniyyətinə daha yaxından bələd olmalarına imkan yaradır.