06.11.2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi kollecin tələbələri ilə birlikdə Naxçıvan Bayraq Meydanı Muzeyinə ekskursiyada olmuşlar
6 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi kollecin tələbələri ilə birlikdə Naxçıvan Bayraq Meydanı Muzeyinə ekskursiyada olmuşlar.
Ekskursiya zamanı muzey bələdçisi, tələbələrə Azərbaycanın dövlət bayrağının tarixi, əhəmiyyəti və simvolları haqqında ətraflı məlumat verib. Tələbələr, həmçinin muzeydəki müxtəlif eksponatlar və bayraqla bağlı əhəmiyyətli tarixi faktlarla tanış olublar. Bu ekskursiya, tələbələrə Azərbaycanın milli dəyərləri və tarixi irsi haqqında məlumat verməklə yanaşı, onların mədəniyyət və tarixə olan maraqlarını da artırıb.