Xəbərlər

26 sentyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki    Kollecində 27 sentyabr Anım Günü ilə bağlı xüsus tədbir təşkil edilib

Slide 1
Slide 2

26 sentyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki    Kollecində 27 sentyabr Anım Günü ilə bağlı xüsus tədbir təşkil edilib

 

26 sentyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 27 sentyabr Anım Günü ilə bağlı xüsusi tədbir təşkil edilib. Tədbirdə qazilər, veteranlar, müəllimlər və tələbələr iştirak edərək, şəhidlərin əziz xatirəsini yad ediblər.

Tədbir 1 dəqiqəlik sükutla başlayıb, ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında qeyd edib ki, "Bu gün biz öz şəhidlərimizi anmaqla, onların bizə qoyduqları mirasa, Vətən sevgisinə, cəsarətinə və fədakarlığına sahib çıxmalıyıq. Şəhidlərimizin xatirəsi, gələcək nəsillərə örnək olacaqdır."

Çıxış edənlər arasında Vətən müharibəsi qazisi mayor Zeynalov Təbriz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan təşkilatının sədr müavini Osmanlı İlyas, döyüşçu üzvü Tofiq Novruzov, Vətən müharibəsi qazisi baş leytenant Maqsudov Əbdüləzim və gizir Əhmədov Məmməd də xüsusi vurğulayıblar ki, şəhidlərin xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Tədbirin davamında tələbələr Anım Günü ilə bağlı şeirlər səsləndirib, iştirakçıları duyğulandırıblar. Son olaraq, Anım Günü ilə bağlı hazırlanmış video çarx təqdim olunub və xatirə fotosu çəkilib.