Xəbərlər

5 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə Hüseyin Cavidin ev muzeyinə ekskursiyada olmuşlar.

Slide 1
Slide 2

Ekskursiya zamanı, tələbələrə böyük Azərbaycan şairi və ictimai xadimi Hüseyin Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Muzey bələdçisi, şairin həyat yolunu, ədəbi fəaliyyətini, habelə onun Naxçıvanla bağlı xüsusi əlaqələrini tələbələrə anlatmışdır. Hüseyin Cavidin ədəbiyyatımızdakı yeri, onun zamanında və sonrasında Azərbaycan mədəniyyətinə verdiyi töhfələr barədə də məlumat verilib.

Ekskursiya, tələbələrə yalnız Hüseyin Cavidin şəxsi həyatı haqqında deyil, həm də onun dövrü və cəmiyyətdəki təsiri haqqında dərin təsəvvür yaratmaq məqsədini daşıyıb. Bu cür mədəni tədbirlər tələbələrin milli ədəbiyyata, tarixə və mədəniyyətə olan marağını artırır, eyni zamanda onların vətənpərvərlik hisslərini gücləndirir.

Ekskursiyanın sonunda tələbələr Hüseyin Cavidin həyatı və əsərləri barədə suallar verərək, dərindən düşüncə və müzakirə aparmışlar. Bu cür tədbirlər, gənclərə öz mədəni irsimizi daha yaxından tanımağa və dəyərlərimizi qorumağa kömək edir.