05 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Humanitar fənn birləşməsi komissiyasının müəlliminin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar açıq dərsi keçirilmişdir.

Açıq dərsin məqsədi, Naxçıvan Muxtar Respublikasının tarixini, müstəqilliyini qorumaq uğrunda keçdiyi yolu və bu müddət ərzində əldə etdiyi uğurları tələbələrə daha dərindən tanıtmaq olub. Dərsdə Naxçıvanın dövlətçilik tarixi, müasir inkişafı və regionun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatındakı əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Dərsin keçirilməsi, həmçinin gənclərin milli müstəqillik və vətənpərvərlik hisslərinin gücləndirilməsi, Naxçıvanın ölkəmizin inkişafında oynadığı mühüm rolu daha yaxşı başa düşmələri məqsədini daşıyır. Tədbir iştirakçıları, Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini və bu tarixdəki əlamətdar hadisələri öyrənərək, vətənə olan sevgilərini daha da artırıblar.
Bu cür açıq dərslər, tələbələrin tarixə, mədəniyyətə və vətənə olan marağını artırır, eyni zamanda onlara Naxçıvanın tarixindəki mühüm mərhələləri və bu mərhələlərin ölkəmizin müstəqilliyi və inkişafı ilə bağlı əhəmiyyətini dərindən başa düşməyə kömək edir.