COP29 ilə əlaqədar “Yaşıl Düşüncənin Formalaşması Təhsildən Başlayır” mövzusunda marifləndirici tədbir keçirilmişdir.
04 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyası və Xarici Dillər fənn birləşməsi komissiyası tərəfindən COP29 ilə əlaqədar “Yaşıl Düşüncənin Formalaşması Təhsildən Başlayır” mövzusunda marifləndirici tədbir keçirilmişdir. Bu tədbir, ekoloji şüurun artırılması, gənclərdə yaşıl düşüncənin formalaşması və davamlı inkişaf prinsiplərinin tədrisində önəmli rol oynamağı hədəfləyir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov, yaşıl düşüncənin əhəmiyyətini vurğuladı. O, çıxışında qeyd etdi ki, müasir dünyada ekoloji problemlərin artması, insanlığın gələcəyi üçün ciddi təhlükə yaradır. Bu kontekstdə, gənclərin bu məsələyə həssas yanaşması və ekoloji mədəniyyətin formalaşması olduqca vacibdir. Asəf Ruşanov, COP29-un əhəmiyyətini və bu cür tədbirlərin təhsilin bir parçası olaraq gənclərin bilinçlənməsinə xidmət etdiyini vurğuladı.
Daha sonra tədbirdə müəllim və tələbələrin çıxışları dinlənildi. Müəllimlər, yaşıl düşüncə prinsipləri, ekoloji tarazlığın qorunması, bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi ilə mübarizə yolları haqqında geniş məlumat verdilər. Tələbələr isə öz fikirlərini, ekoloji problemlərə dair yanaşmalarını, müvafiq layihələrini və təkliflərini təqdim etdilər. Çıxışlar zamanı, iştirakçılar arasında müzakirələr və fikir mübadiləsi baş verdi ki, bu da mövzunun dərinliyinə enməyə imkan tanıdı.
Tədbirin sonunda, iştirakçılar üçün hazırlanan videoçarx nümayiş olundu. Video, yaşıl düşüncə, ekoloji maarifləndirmə və bərpa olunan enerji mənbələri haqqında məlumatları əks etdirir, gənclərə bu sahələrdəki innovasiyaları və uğurlu təşəbbüsləri təqdim edirdi. Videoçarx, iştirakçılarda dərin təsir bıraktı və onların ekoloji məsuliyyət hissini daha da artırdı.
Asəf Ruşanov tədbirin sonunda bütün iştirakçılara təşəkkür edərək, bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğuladı. Naxçıvan Dövlət Texniki Kolleci, gələcəkdə də gənclərin ekoloji məsələlərə olan diqqətini artırmaq və bu sahədə fəaliyyətini gücləndirmək üçün müxtəlif layihələrə ev sahibliyi edəcəyini bildirdi.